Ermənistanda güclü siyasi və iqtisadi resurslara malik fiqurlar sıradan çıxarılır- ÖZƏL

"Ermənistanda baş verən son prosesləri ayrı-ayrı epizodlar kimi deyil, daha geniş siyasi mənzərənin elementləri kimi nəzərdən keçirmək lazımdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Məlum olduğu kimi Samvel Karapetyan seçki ərəfəsində Ermənistan siyasətində yeni və ciddi alternativ kimi meydana çıxmışdı. Onun rəhbərlik etdiyi "Güclü Ermənistan" siyasi qüvvəsinin formalaşması Paşinyan hakimiyyəti üçün əlavə siyasi rəqabət mənbəyi yaradırdı. Karapetyanla bağlı cinayət işi davam edir və onun barəsində ev dustaqlığı tədbiri sonuncu dəfə iyul ayında daha iki ay uzadılıb.
Qaqik Tsarukyanla bağlı proseslər də seçkidən sonra daha da sərtləşib. "Çiçəklənən Ermənistan" partiyasının lideri iyul ayında saxlanılıb və məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Bundan əvvəl isə onun barəsində vergi ittihamı üzrə ayrıca cinayət təqibi başlanmışdı. İyulun sonunda Tsarukyana məxsus "İrəvan Brendi" zavodunun səhmlərinin idarə və mühafizəsinin dövlətə verilməsi barədə də məhkəmə qərarı qəbul edilib. Bura Paşinyan hakimiyyətinin kilsə ilə apardığı mübarizəni də əlavə etsək, o zaman mənzərə tam aydın olar.  Çünki bu gün kilsə də Paşinyan hakimiyyəti çün ciddi təhlükə mənbəyi hesab olunur. Bu səbəbdən də son bir neçə ildə kilsə ilə hakimiyyət arasında ciddi qarşıdurma hökm sürməkdədir.  Kilsənin bir çox üzvü həbs olunaraq barələrində cinayət işi açılıb. Məhz bu qarşıdrumanın nəticəsi olaraq avqustun 28-də bütün ermənilərin katolikosu və Ali Ruhani Şuranın üzvləri olan altı yepiskopa qarşı cinayət işi üzrə ilkin məhkəmə iclası keçiriləcək.

Beləliklə, Ermənistan siyasi səhnəsində bir-birinin ardınca güclü siyasi və iqtisadi resurslara malik fiqurların hüquqi təzyiqlərlə üzləşməsi diqqətdən yayınmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31