"Sarkisyan-Koçaryan tandemi hakimiyyətə qayıtmaq üçün plan hazırlayır"
1 May 2018 17:32 DünyaHazırda Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyan parlamentdə çıxış edir.
O, Sarkisyan və Koçəryanın hakimiyyətə qayıtmaq üçün planlar qurduqlarını deyib: "Bu iki şəxs dünəndən başlayaraq, millət vəkillərinə təzyiq etməyə başlayıblar ki, onlar xalqın namizədinə səs verməsinlər. Buradan onlara səslənmək istəyirəm. Cənablar, siz Ermənistanda baş verənləri anlamırsınız və anlamamaqda davam edirsiniz. Sizin davranışlarınız arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Sizin davranışlarınız siyasi sunami yarada bilər".
Azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31