Güclü Ermənistan" hərəkatından Qarabağla bağlı bəyanat – ÖZƏL
11:06 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" hərəkatı qondarma rejim tərəfindən elan edilmiş "Müstəqillik günü" münasibətilə müraciət yayımlayıb. Bəyanatda iddia olunur ki, Qarabağı tərk etmiş ermənilərin hüquqları, o cümlədən geri qayıtmaq və mülkiyyət hüquqları təmin olunmadan regionda davamlı sülhün bərqərar olması mümkün deyil.
Müraciətdə Ermənistan hakimiyyəti ölkəyə köçmüş ermənilərin sosial-iqtisadi problemlərini effektiv həll etməməkdə və nifrət nitqini təşviq edərək cəmiyyəti parçalamaqda ittiham olunub. Həmçinin qeyd edilib ki, Bakıda saxlanılan hərbi-siyasi rəhbərliyin və digər şəxslərin qaytarılması İrəvanın xarici siyasətində əsas prioritet olmalıdır, lakin hazırkı hökumət bu istiqamətdə lazımi addımlar atmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31