Aİ Kallasın rəhbərlik etdiyi diplomatik xidmətin ixtisarını planlaşdırır- ÖZƏL
11:03 SiyasətBrüssel Aİ-nin xarici siyasət xidmətinin ştatının azaldılması və bəzi funksiyaların Avropa Komissiyasının müvafiq strukturlarına ötürülməsi ilə bağlı plan hazırlayır. Olaylar.az xəbər verir ki, "Financial Times"ın məlumatına görə, təşəbbüs Fransa və Almaniya tərəfindən irəli sürülüb. Təklifə əsasən, ticarət, rəqəmsal tənzimləmə və texnologiya ilə bağlı bəzi diplomatik funksiyalar Komissiyanın aidiyyəti departamentlərinə inteqrasiya edilə bilər.
Məqsəd funksiyaların təkrarlanmasını azaltmaq və Aİ-nin xarici siyasət xərclərinə qənaət etməkdir. Bəzi sülhməramlı missiyalar və hərbi təlimlərlə bağlı fəaliyyətlərin isə xarici xidmətin strukturunda saxlanılması nəzərdə tutulur. Məsələnin gələn ay Aİ liderlərinin sammitində müzakirə olunması gözlənilir. Yekun qərar üzv dövlətlərin razılığı ilə qəbul ediləcək.