Azərbaycan ŞƏT üçün vacib ölkədir- ÖZƏL
11:23 Siyasət"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının genişlənməsi bir sıra cəhətlərinə görə ölkəmiz üçün həm faydalı və həm də perspektivlidir. Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib: "Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün ilk növbədə siyasi dialoq, təhlükəsizlik və Avrasiyanın geniş coğrafiyasında iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətlidir.Azərbaycan əksər ŞƏT ölkələri əməkdaşlığındakı müsbət dinamika bu platformanı Bakı üçün kifayət qədər geniş siyasi və iqtisadi imkanlar məkanına çevirir.Digər tərəfdən isə Azərbaycanın coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu və digər keyfiyyətləri ölkəmizi ŞƏT üçün cazibədar edir və bu qurum üçün vacib tərəfdaşa çevirib.Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı ölkəmizə siyasi, iqtisadi, nəqliyyat və energetika sahələrində geniş əlaqələr qurmaq imkanı qazandırır. Bu əməkdaşlıqda tranzit və logistika xüsusi yer tutur.Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin,o cümlədən Orta Dəhlizin imkanlarını genişləndirir. İqtisadi əlaqələrə də müsbət təsir edir. Təşkilat üzvləri ilə ticarət dövriyyəsini artırmağa və birgə investisiya layihələri həyata keçirməyə şərait yaradır.Enerji Təhlükəsizliyi sahəsində də əməkdaşlıq üçün xeyli faydalı imkanlar var.Ənənəvi enerji resursları ilə yanaşı, "yaşıl enerji" layihələrinin inkişafına töhfə verir. ŞƏT ölkələri ilə siyasi dialoqun inkişafı ikitərəfli və çoxtərəfli münasibətləri gücləndirir.
Perspektivlərə gəldikdə isə Azərbaycanın ŞƏT məkanı ilə Avropanın iqtisadi infrastrukturu arasında təbii əlaqələndirici mövqeyə malik olması fonunda ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının genişlənməsi Avrasiya məkanında etibarlı nəqliyyat və ticarət qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək və həm də daha da gücləndirmək üçün əlavə imkanlar yaradacaq.Ölkəmizə yeni sərmayələrin,xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpasına və iqtisadi layihələrə xarici investisiyaların cəlb olunması üçün zəmin yaradır.Azərbaycanın ŞƏT ölkələri ilə əlaqələrinin genişlənməsi elm, təhsil, turizm və mədəniyyət sahələrində də əlaqələrin dərinləşməsini təmin edir ki,bu da humanitar istiqamətlərdə çox perspektivlidir".