İlham Əliyevin Bişkekdə keçirdiyi görüşlər əməkdaşlığın inkişafına töhfə verir- ÖZƏL
11:17 Siyasət"Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı, keçirdiyi görüşlər Azərbaycan üçün həm bu quruma daxil olan ölkələrlə ikitərəfli əlaqələrinin dərinləşməsi,həm də ŞƏT ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə,gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir". Olaylar xəbər verir ki, bunu Milli Məclisdən deputatı Əli Məsimli deyib:
"Səfərin birinci günü Azərbaycan Prezidenti ŞƏT-in Zirvə toplantısı çərçivəsində bir sıra mühüm görüşlər keçirib.Həmin görüşlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş xüsusi yer tutur. Həmin görüşlə bağlı mətbuat üçün bəyanatda bildirilir ki:" Liderlər 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, eləcə də "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb.Tərəflər Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıb.Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd edib.Liderlər parlamentarlar və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndirib.Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər."