Gündəm

“Paşinyanın xaricdəki ağaları onu ağıllı olmağa çağırsınlar”

8 İyun 2018 16:40

“Dünən ən strateji və ən ağrılı məsələmiz olan Qarabağ münaqişəsinin həlli ilə bağlı iki mühüm hadisə baş verdi. Öncə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla görüşdü. Sonra isə Nikol Paşinyan “Azərbaycan prezidenti ilə danışıqlara hazıram” deyə, açıqlama verdi. Lakin çox təəssüf ki, sözügedən görüşdən və açıqlamadan sonra Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir ciddi dəyişiklik baş verməyəcək”.

«Zərdabi Mətbuat Mərkəzi» İB Salyanda QHT Şurasının dəstəyi ilə ilk tədbirini keçirdi

8 İyun 2018 16:36

«Zərdabi Mətbuat Mərkəzi» İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili» layihəsi çərçivəsində ilk «dəyirmi masa» Salyan rayonunda keçirilib. Rayon Diyarşünaslıq Muzeyində təşkil olunmuş toplantıda dövlət və ictimai qurumların təmsilçiləri, şəhid ailələrinin üzvləri, media nümayəndələri iştirak ediblər.

Belçikada 43 məscid lisenziyasını gözləyir

8 İyun 2018 16:30

Belçikanın Flaman bölgəsinin daxili işlər naziri Liesbeth Homansın ötən il ibadət yerlərinə qeydiyyata düşməklə bağlı lisenziyaların verilməsini dayandırdıqdan sonra, lisenziya almağı gözləyən məscidlərin sayı 43-ə çatıb.

İranda İsrail əleyhinə nümayişlər keçirilib

8 İyun 2018 16:27

İranda “Qüds günü”nün şərəfinə (Hər il Ramazan ayının sonuncu cümə günü keçirilir, İsrailin Fələstini işğal etməsi qınanır) kütləvi antiisrail nümayişləri keçirilib. Nümayişlər ölkənin 900-dan çox şəhərində baş tutub. Nümayişçilər İsrailin Fələstinə qarşı atdığı addımları qınayan şüarlar səsləndiriblər.

Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

8 İyun 2018 16:24

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir.

Nazir Azad Rəhimov Qubada vətəndaşlarla görüşüb

8 İyun 2018 16:21

Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayon və şəhər sakinlərini qəbul edib.

AMEA-da vitse-prezidentlərin sayı artırılıb - SİYAHI

8 İyun 2018 16:14

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.

"Paşinyan seçkiöncəsi erməni xalqına elə qeyri-real vədlər verib ki, indi nə danışdığını bilmir"

8 İyun 2018 16:11

"Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiöncəsi erməni xalqına elə qeyri-real vədlər verib ki, indi nə danışdığını bilmir". Bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.