Nazir Azad Rəhimov Qubada vətəndaşlarla görüşüb

Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayon və şəhər sakinlərini qəbul edib.

Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz  rayon və şəhər sakinlərini qəbul edib.

Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda ümumilikdə  20-dən artıq vətəndaşın idman, gənclər və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrə dəstək verilməsi və onların   maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay  istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin sayının artırılması və onların müvafiq avadanlıqlarla təmin edilməsi gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.   

İdman sahəsində edilən müraciətlər isə, əsasən   fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikinti və  təmiri və s olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31