Dostum Mirzəyə: Qılıncın hökmü, sözün qüdrəti - Cavid İSMAYIL yazır
17:30 SiyasətCavid Ismayıl
Mirzə dostum, çox gözəl və mənalı bir rəvayət paylaşmısan. Burada mənə elə gəlir ki, sözün qüdrəti ilə qılıncın qüdrəti üz-üzə gəlir və sonda söz qalib gəlir. Əmir Çobanın "mən də sənin müridinəm" deməsi isə böyüklüyün yalnız hökm etməkdə deyil, həqiqəti və mənəvi üstünlüyü qəbul etməkdə olduğunu göstərir.
Şeyxin "sənin əsgərlərin də mənim müridlərimdir" kəlamı da əslində çox dərin sözdür, Mirzə. Kim könüllərə yol tapıbsa, onun müridi çoxdur. Çünki əsgər torpağı qoruyar, mürid isə könülü. Biri qüvvə ilə, digəri hikmətlə hökm edər.
Bəlkə də bu rəvayətin bizə verdiyi ən böyük dərs budur - qılınc insanı itaətə gətirə bilər, amma könlü yalnız söz və hikmət fəth edər. Hökmün ömrü zamanla ölçülür, mənəvi nüfuzun ömrü isə nəsillərlə.
Belə söhbətlərin özü də adamı bir az mürid edir, Mirzə dostum. Var ol, bu gözəl sözləri yada saldığın üçün.