Paşinyan özü-özünü ifşa etdi
8 İyun 2018 16:34 SiyasətO, danışıqlar prosesinin real vəziyyətindən məlumatsızdır
Ermənistanın hakimiyyət dairələri Dağlıq Qarabağ məsələsi üzəridə ənənvi siyasi manipuliyasını davam etdirməkdədir. İndi də işğalçı ölkədə hakimiyyəti qəsb etmiş yeni baş nazir Nikol Paşinyan sözügedən ənənəyə sadiqlik nümayiş etdirməkdədir. Belə ki, yeni baş nazir indiyə qədər münaqişənin silh yolu ilə nizamasalınması istiqamətində aparılan danışıqların mahiyyətindən yayınaraq mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbədən də heç bir əsası olmayan, bu vaxta qədər aparılan danışıqlar formatında qəbul edilməyən iddialarla çıxış edir. Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, "DQR"-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə" olduğunu; onun baş nazir seçilməsində dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb. Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Paşinyan bildirib ki, Azərbaycanla danışıqları davam etdirə bilər, ancaq bunun üçün əldə olunmuş razılaşmalara riayət etmək lazımdır. Paşinyan iddia edir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək.
Əvvala onu qeyd edək ki, işğalçı dövlətin təmsilçisi elə iddialarla çıxış edir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların bərpası qeyri-müəyyən müddətə təxirə salınsın. Əslində belə fikirlərin ortaya atılması Paşinyanın hakimiyyətini möhkəmlətmək üçün daha çox lazımdır. Nəzərə almaq lazımdır ki, bu ölkədə ikihakimiyyətlik hökm sürür, qanunverici orqanla icra hakimiyyəti arasında ciddi ziddiyyətlər mövcuddur. Əks halda birmənalı şəkildə qeyd etmək olar ki, Paşinyanın səsləndirdiyi fikirlər Dağlıq Qarabağla bağlı aparılan danışıqların mahiyyətinə daban-dabana ziddir. Əgər Paşinyanın Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdursa, nədən Ermənistanın Silahlı Qüvvələrinin əsas hissəsi bu ərazidə yerləşdirilib. Həmin hərbi hissələrdə Ermənistan vətəndaşları xidmət edir, üstəlik Paşinyanın oğlunun da Qarabağda xidmət edəcəyi dövlət rəsmilərinin dilindən açıq-aşkar səsləndirilir. Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən müdafiə olunursa, nədən Paşinyan yaxasını kənara çəkir? Əslində Ermənistan Dağlıq Qarabağda təkcə ordu yerləşdirməyib, separatçı rejimin idarə olunması, maliyyə təchizatı, büdcəsinin formalaşdırılmasını da öz üzərinə götürüb. Paşinyan yaxşı bilir ki, bu vaxta qədər aparılan danışıqlarda hətta vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağı tərəf kimi tanımayıb və bunun nə vaxtsa mümkün olacağı inandırıcı deyil. Belə bir şəraitdə reallaşdırılması mümkün olmayan iddianın ortaya atılması təbii ki, yeni nazirin hakimiyyətinin uzadılmasına hesablanıb. Amma Azərbaycan sözügedən məsələyə münasibətini açıq şəkildə ortaya qoyub. Aydın, hamının anlaya biləcəyi və birmənalı şəkildə bəyan edib ki, əgər doğrudan da "Dağlıq Qarabağ Respublikası" "müstəqil subyektdirsə", orada idarəçilik Ermənistanın müdaxiləsi olmada həyata keçirilməlidir. Ermənistan sözün həqiqi mənasında "DQR" in "müstəqil subyekt" olduğunu sübut etmək istəyirsə, işğalçı ordusunu Qarabağdan geri çağırsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın.Yalnız bu baş verdikdən sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Nə qədər ki, işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər. Çünki, Dağlıq Qarabağda yaşayan əhali Azərbaycan vətəndaşları hesab olunur və Azərbaycan dövlətinin onların təhlükəsizliyinə qarantına şübhə ola bilməz. Elə bu fukri siyasi səriştəsi kifayət qədər olmayan, hələ danışıqlar masasında əyləşmək üçün yetişməmiş Paşinyan öz açıqlamasında da təsdiq etmiş olur. Bildirir ki, Dağlıq Qarabağdan qovulan azərbaycanlıların Azərbaycan vətəndaşlarıdır. Əcaba, Paşinyan hələ də anlamır ki, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən və dinindən, irqindən, dini mənsubiyyətindən asılı olmayaraq orada yaşayan bütün insanlar Azərbaycan vətəndaşlarıdır. Ermənistan siyasi rəhbərliyini danışıqlardan yayınmaq məqsədliə gətirdiyi primitiv arqumentlər əslində vasitəçilik missiyasını həyata keçirən qurumun da mövqeyinə hörmətsizlikdir. Üstəlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təqsdiqlənmiş formata açıq-aşkar etimadsızlıqdır. Paşinyan tərəfindən səsləndirilən fikirlər deməyə əsas verir ki, belə absurd fikirlər səsləndirməkdə məqsəd danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən varianta nail olmaqdır. Lakin elə ortaya atılan iddialar deməyə əsas verir ki, Paşinyan danınşıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onu səsləndirdiyi fikirlər daxili auditoriyanın etirasları üzərinə "su səpməyə" hesablanıb. Bu isə onun dövlət idarəçiliyində hələ kifayət qədər naşı olduğunu təsdiq etmiş olur.
Zəka