İranda İsrail əleyhinə nümayişlər keçirilib
İranda “Qüds günü”nün şərəfinə (Hər il Ramazan ayının sonuncu cümə günü keçirilir, İsrailin Fələstini işğal etməsi qınanır) kütləvi antiisrail nümayişləri keçirilib. Nümayişlər ölkənin 900-dan çox şəhərində baş tutub. Nümayişçilər İsrailin Fələstinə qarşı atdığı addımları qınayan şüarlar səsləndiriblər.
8 İyun 2018 16:27 Dünyaİranda "Qüds günü"nün şərəfinə (Hər il Ramazan ayının sonuncu cümə günü keçirilir, İsrailin Fələstini işğal etməsi qınanır) kütləvi antiisrail nümayişləri keçirilib.
Nümayişlər ölkənin 900-dan çox şəhərində baş tutub. Nümayişçilər İsrailin Fələstinə qarşı atdığı addımları qınayan şüarlar səsləndiriblər.
Nümayişi 5 mindən çox fotoqraf və jurnalist, həmçinin 150 əcnəbi KİV nümayəndəsi işıqlandırıb.
Qeyd edək ki, Qüds günü ilk olaraq 1979-cu ildə İranda qeyd edilməyə başlanılıb. Bir sıra ərəb ölkələrində də həmin gün nümayişlərlə müşayiət edilir.
"Qafqazinfo"