“Avropada din və vicdan azadlığı öldürülüb”

Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ Avstriya hökumətinin ölkə ərazisində 7 məscidi bağlamaq qərarına münasibət bildirib. 

B. Bozdağ bunun Avstriyanın Avropanın dəyərlərini rədd etməsinin konkret göstəricisi olduğunu bildirib: "Bunu qəbul etməyimiz mümkün deyil. Bu, Avropada din və vicdan azadlığının öldürüldüyü mənasını verir.
Qeyd edək ki, Avstriya hökuməti ölkə ərazisində 7 məscidi bağlayır və 40 imamı deportasiya edir. Bağlanan məscidlərdən biri türk "Boz qurd" məscidi, qalanları isə ərəb icmalarının məscididir.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31