İşğalçı ölkə Azərbaycan rəhbərliyinin xəbərdarlıqlarından nəticə çıxarmalıdır
8 İyun 2018 16:21 Siyasət"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Ramazan ayı münasibətilə verdiyi iftar yeməyində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərdən işğalçı ölkə nəticə çıxarmalıdır".
Bu fikirlər politoloq Ramiz Alıyev səsləndirib. O, bildirib ki, hazırkı situasiyada Azərbaycan bütün parametrləri üzrə Ermənistanı üstələyib və işğalçı ölkə nə qədər tez bunu dərk etsə, bir o qədər yaxşı olar: "Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra bu fərq özünü daha qabarıq şəkildə göstərir. Elə bunun məntiqi nəticəsidir ki, Sərkisyanı hakimiyyətdən devirən ermənilər indi də Paşinyanı eyni aqibətlə üzləşdirmək istəyirlər". Ramiz Alıyev əmin olduğunu bildirib ki, işğalçı ölkənin rəhbərliyi artıq mövcud reallığı dərk edib özünün qeyri-konstruktiv mövqeyindən əl çəkəcək və tezliklə danışıqlar prosesinin bərpasına nail olunacaq: "Əks halda baş verəcək proseslər Ermənistan üçün arzuedilməz proseslərə gətirib çıxaracaq"