Belçikada 43 məscid lisenziyasını gözləyir
Belçikanın Flaman bölgəsinin daxili işlər naziri Liesbeth Homansın ötən il ibadət yerlərinə qeydiyyata düşməklə bağlı lisenziyaların verilməsini dayandırdıqdan sonra, lisenziya almağı gözləyən məscidlərin sayı 43-ə çatıb.
8 İyun 2018 16:30 DünyaBelçikanın Flaman bölgəsinin daxili işlər naziri Liesbeth Homansın ötən il ibadət yerlərinə qeydiyyata düşməklə bağlı lisenziyaların verilməsini dayandırdıqdan sonra, lisenziya almağı gözləyən məscidlərin sayı 43-ə çatıb.
Azadinform xəbər verir ki, Homans bildirib ki, lisenziya almağı gözləyən ibadət yerlərindən 43-ü məscid, 5-i protestant, 2-si isə ortodoks kilsəsidir: "Ümumilikdə 50 ibadət yerləri lisenziya üçün müraciət edib. Hal-hazırda ibadət yerləri tərəfindən edilən müraciətlər araşdırılır və qeydiyyatla bağlı proseslər nəzərdən keçirilir".
Qeyd edək ki, rəsmi olaraq qeydiyyata düşən məscidlərə ölkə tərəfindən illik 30-40 min avroluq yardım göstərilir.