Gündəm
NASA: Yupiterdə Yerdə baş verən proseslər təkrarlanır
"O, ABŞ-ın kürəyinə bıçaq sancdı" - Trampın müşaviri
Kanada Baş naziri Castin Trudo ABŞ-ı kürəyindən bıçaqladı. Bu sözləri ABŞ prezidentinin baş iqtisadi müşaviri Larri Kudlou deyib.
Bu ölkələr ABŞ-a qarşı birləşir
Kanada ABŞ-ın alüminium və polada tətbiq etdiyi rüsumlarına münasibətdə Yaponiya, Meksika, Avropa tərəfdaşları ilə vahid mövqeyə malikdir və cavab tədbirlərinin hazırlanması ilə əlaqədar onlarla sıx əlaqədədir.
"Formula 1" üzrə Kanada Qran Prisinin qalibi müəyyənləşib
"Formula 1" üzrə Kanada Qran Prisinə yekun vurulub.
Ronaldo onun üçün ağlayan uşağı belə sakitləşdirdi - Video
Sosial şəbəkələrdə portuqaliyalı futbolçu Kriştianu Ronaldo ilə bağlı maraqlı video paylaşılıb. Hər zaman xeyirxah əməlləri ilə seçilən futbolçu bu dəfə də ənənəsini pozmayıb.
Putin növbəti həftə Paşinyanla görüşəcək
Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn həftə futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Menaqarişvili: "TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək"
TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək. Trend-in məlumatına görə, bunu "Sputnik-Georgia"ya müsahibəsində Gürcüstanın sabiq xarici işlər naziri İrakliy Menaqarişvili deyib.
Türkiyə HHQ Kandildə PKK-nın obyektlərinə zərbələr endirib
Türkiyə Hərbi Hava Qüvvələri İraqın Qəndil bölgəsində PKK-nın mövqelərinə hava zərbələri endirib.
Güneyli fəala 7 ay həbs cəzası verildi – Hökm
Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Təbriz İnqilab Məhkəməsinin çıxardığı qərarla 7 ay müddətinə azadlıqdan məhrum edilib. Təbriz Məhkəməsinin qərarı Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Fəalın milli təhlükəsizlik əleyhinə sözləşmə və toplaşma kimi saxta ittihamla üzləşdiyi bildirilir.
Tbilisidə izdihamlı mitinq keçirilir
İyunun 10-da Gürcüstan patlamentinin önündə yenidən mitinq keçirilir. “Öldürmə!” devizi altında keçirlən aksiyada müxtəlif şüarlar səslənir, əsasən hökumətin istefası tələb olunur. Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Görüşdən on gün keçməsinə baxmayaraq, əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: “Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardır və istefaya getməlidir”.
Şöbə rəisi yanacaqdoldurma məntəqəsində öldü
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib. Şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan “KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib. Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.
Almaniyada türklərə hücum: 5 ağır yaralı
Almaniyanın Şimali Ren Vestfalya əyalətinin Altena şəhərində bədbəxt hadisə baş verib. Yarı açıq yük maşını idarə edən sürücü avtomobili məsciddən çıxan vətəndaşların üzərinə sürüb.
Ərdoğandan Avropaya xəbərdarlıq: "Savaşa səbəb olacaq"
Avstriyada məscidlərin bağladılması qərarı yeni bir xaç-hilal savaşına doğru aparır. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Şahzadə Harri müsəlmanlarla iftar etdi – FOTO - VİDEO
Sinqapura səfər zamanı şahzadə Harri müsəlmanlarla birlikdə iftar edib. Azan səsləndikdən sonra Harri xurma ilə iftarıı açıb. İftar zamanı Müsəlmanlar Londonda törədilən terror qurbanlarının ailələrinə başsağlığı da verib.
Kim Çen In təyyarədən endi: Dünyanın gözü Sinqapurda
Şimali Koreya prezidenti Kim Çen In amerikalı həmkarı Donald Trampla baş tutacaq tarixi görüş üçün Sinqapura gedib. Prezidenti hava limanında Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan qarşılayıb.














