Bu ölkələr ABŞ-a qarşı birləşir
Kanada ABŞ-ın alüminium və polada tətbiq etdiyi rüsumlarına münasibətdə Yaponiya, Meksika, Avropa tərəfdaşları ilə vahid mövqeyə malikdir və cavab tədbirlərinin hazırlanması ilə əlaqədar onlarla sıx əlaqədədir.
11 İyun 2018 02:01 DünyaKanada ABŞ-ın alüminium və polada tətbiq etdiyi rüsumlarına münasibətdə Yaponiya, Meksika, Avropa tərəfdaşları ilə vahid mövqeyə malikdir və cavab tədbirlərinin hazırlanması ilə əlaqədar onlarla sıx əlaqədədir.
Bunu Kanadanın XİN rəhbəri Xristya Friland deyib.
"Yaponiya və avropalı tərəfdaşlarımızın mövqeyi bizim mövqeyimizlə üst-üstə düşür. Biz cavab tədbirləri ilə bağlı AB və Meksika ilə sıx əlaqə saxlayırıq. Yaponiya və AB bunu müzakirə etmək üçün bizimlə görüşüb. Ümumdünya Ticarət Təşkilatına şikayət ünvanlamışıq", - deyə Friland bildirib.