Putin növbəti həftə Paşinyanla görüşəcək

Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn həftə futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

 Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn həftə futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə RİA "Novosti"yə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bəli, futbolu gözləyirik", - deyə Peskov bildirib.

Daha əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib ki, Paşinyan gələn həftə Moskvaya səfər edəcək. Səfər Rusiya Federasiyasında başlayacaq futbol üzrə dünya çempionatı çərçivəsində nəzərdə tutulub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31