Gündəm

"Rusiya qayıtsa, Avropa parçalanacaq" - Berlin

11 İyun 2018 11:38

ABŞ Prezidenti Donald Trampın Rusiyanı G8-ə qaytarmaq haqqında bəyanatları Avropada parçalanmaya səbəb ola bilər. Bunu ZDF televiziyasına müsahibəsində Almaniya Xarici İşlər Nazirliyinin katibi Nils Annen deyib.

Politoloq: “Ermənistan hakimiyyəti itkilərini şərh etmir”

11 İyun 2018 11:35

“Ermənistan hakimiyyəti itkilərini və məğlubiyyətlərini şərh etmir. Məsələn, 2016-cı ildə Lələtəpə üzərindəki nəzarəti itirdilər, bugünə qədər nə bu təpədən, nə də məskunlaşdırılan Cocuq Mərcanlıdan danışırlar. Sanki illər boyu Lələtəpə onların işğalında olmayıb və ya Naxçıvan istiqamətində işğal etdikləri əraziləri əldən verdilər”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Qabil Hüseynli: “Paşinyan hər şeyi sıfırdan başlamaq istəyir"

11 İyun 2018 11:26

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri bir növ tanışlıq xarakteri daşıyacaq”. Bunu politoloq Qabil Hüseynli deyib.

Lotu Quli İstanbula kimin toyuna gəlib? - FOTO

11 İyun 2018 10:44

İstanbulda 36 yaşlı “qanuni oğru” Nikolay Dqeçuadzenin (Nika Qaqrinski) toy mərasimi keçirilib.  “Esa Royal Park” əyləncə mərkəzində keçirilən toyda keçmiş post-sovet ölkələrindən çıxmış əksər oğrular iştirak edib.

Trampla Kim Çen Inın görüşü 20 milyon dollara başa gələcək

11 İyun 2018 10:45

İyunun 12-də ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda baş tutacaq sammitin 20 milyon dollara başa gələcəyi bildirilib. Bu barədə Sinqapurun baş naziri Lee Hsien Loong açıqlama verib.

"Biz heyvanlar üçün oxumuruq..." - Damladan Elzaya sərt cavab

11 İyun 2018 10:43

“Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi”. Bu sözləri “ATV maqazin onlarla”ya qonaq olan müğənni Damla əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. Sənətçi Seyidcahanın onun fotosunu cırmasına və qeyri-peşəkar adlandırmasına cavab verib:

“Qubanın icra başçısı daşı daş üstə qoymadı” - Vahid Əhmədov

11 İyun 2018 10:37

“Qubanın icra başçısı var idi, işlədiyi dövrdə daşı daş üstə qoymadı. Çox ciddi nöqsanları var idi, mən rəhbərliyə bir neçə dəfə dedim ki, problem yarana bilər. Ona görə də rəhbərlik qərar qəbul etdi. İndi Qubaya təzə icra başçısı gəlib, Ziyəddin Əliyev”.

Zəhərlənən pambıqçılardan XƏBƏR VAR

11 İyun 2018 10:35

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 işçinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Bu barədə  Saatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 24 nəfərdən 20-si artıq evə buraxılıb: "Xəstəxanaya zəhərlənmə ilə 24 nəfər gətirilmişdi. Onlardan 2 nəfərin vəziyyəti yaxşılaşıb. Öz istəkləri və həkim rəyi ilə evə - ambulator müalicəyə buraxılıblar. 18 nəfər isə hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir. Onlardan 2 nəfərin vəziyyəti stabil olaraq qalır. 16 nəfərin vəziyyəti isə qənaətbəxşdir, günün sonuna kimi onların da evə buraxılacağı gözlənilir".

“Azərkosmos”da YENİ TƏYİNATLAR

11 İyun 2018 10:32

“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib. Bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Qanun pozucuları ümumilikdə 2100 manat məbləğində cərimələndilər

11 İyun 2018 10:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Paris Hilton podiumda yıxılmaqdan son anda qurtuldu – VİDEO

11 İyun 2018 10:28

Antalyada keçirilən moda nümayişində baş maniken olaraq podiuma çıxan məşhur model Paris Hilton çətin anlar yaşayıb.  Bu il Antalyada Türkiyənin ən böyük moda təşkilatı olan 26-cı “Dosso Dossi Fashion Show”un münayişi keçirilib.

Məryəm Uzerlinin karyerasını zədələyən CİDDİ PEŞMANLIĞI

11 İyun 2018 10:26

Məryəm Uzerliyə xəbərdarlıq edilib ki, dodaqlarını və üzünü təbii halına qaytarsın. Məryəm Uzerli 2011-2014-cü illər arasında “Möhtəşəm 100 il” adlı tarixi serialda Hürrəm Sultanı oynayarkən üzündə heç bir estetik əməliyyat yox idi. Çünki prodüseri Teymur Savcı ekran işində estetik əməliyyat etdirmiş aktyor görmək istəmirdi.

YPG Əsədin görüş təklifini qəbul etdi

11 İyun 2018 10:24

YPG-nin bir qolu olan Suriya Demokratik Qüvvələri Bəşər Əsədin görüş təklifini qəbul edib.  YPG-nin Suriyadakı siyasi qolu sayılan qüvvələr Bəşər Əsədin rəhbərlik etdiyi qüvvələrin təzyiqlərinə dözə bilməyib, qarşılıqlı dialoq təklifini qəbul ediblər. Əsəd rejiminin YPG terror təşkilatını "Əgər danışıqlar aparmağa razılıq verilməzsə, bu bölgələri silah gücünə də azad edəcəyik" təhidinə Suriya Demokratik Qüvvələri cavab verib.