Paris Hilton podiumda yıxılmaqdan son anda qurtuldu – VİDEO

Antalyada keçirilən moda nümayişində baş maniken olaraq podiuma çıxan məşhur model Paris Hilton çətin anlar yaşayıb.  Bu il Antalyada Türkiyənin ən böyük moda təşkilatı olan 26-cı “Dosso Dossi Fashion Show”un münayişi keçirilib.

 

Antalyada keçirilən moda nümayişində baş maniken olaraq podiuma çıxan məşhur model Paris Hilton çətin anlar yaşayıb.

Bu il Antalyada Türkiyənin ən böyük moda təşkilatı olan 26-cı "Dosso Dossi Fashion Show"un münayişi keçirilib.

Podiuma ilk maniken olaraq Paris Hilton çıxıb. Daha sonra məşhur model Türkiyənin də tanınmış simaları olan Çağla Şikel, Deniz Akkaya, Demet Şener, Şebnem Schafer və Özge Ulusoy və 40 nəfərlik maniken qrupuyla birlikdə podiumda yürüyüb.

Hər kəsin böyük maraqla izlədiyi moda nümayişində Paris Hilton 3 müxtəlif paltar geyinib. Lakin nümayiş zamanı yer sürüşkən olduğu üçün məşhur model yerə yıxılmaq təhlükəsiylə üz-üzə qalıb. Ancaq özünü ayaqda saxlamağı bacarıb.

Sözügedən görüntüləri təqdim edirik:

A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31