Zəhərlənən pambıqçılardan XƏBƏR VAR

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 işçinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Bu barədə  Saatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 24 nəfərdən 20-si artıq evə buraxılıb: "Xəstəxanaya zəhərlənmə ilə 24 nəfər gətirilmişdi. Onlardan 2 nəfərin vəziyyəti yaxşılaşıb. Öz istəkləri və həkim rəyi ilə evə - ambulator müalicəyə buraxılıblar. 18 nəfər isə hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir. Onlardan 2 nəfərin vəziyyəti stabil olaraq qalır. 16 nəfərin vəziyyəti isə qənaətbəxşdir, günün sonuna kimi onların da evə buraxılacağı gözlənilir".

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 işçinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Bu barədə  Saatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 24 nəfərdən 20-si artıq evə buraxılıb:

"Xəstəxanaya zəhərlənmə ilə 24 nəfər gətirilmişdi. Onlardan 2 nəfərin vəziyyəti yaxşılaşıb. Öz istəkləri və həkim rəyi ilə evə - ambulator müalicəyə buraxılıblar. 18 nəfər isə hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir. Onlardan 2 nəfərin vəziyyəti stabil olaraq qalır. 16 nəfərin vəziyyəti isə qənaətbəxşdir, günün sonuna kimi onların da evə buraxılacağı gözlənilir".

Xəstəxanadan işçilərin kimyəvi maddədən inqaliyasion zəhərlənmə keçirdikləri deyilib: "Pambıq sahəsində həşəratların və alaq otlarının məhv edilməsi üçün dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər".

Saatlı rayon Sımada kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, işçilərin zəhərlənməsinin dəqiq səbəbləri araşdırılır: "Ərazidə mütəxəssislər tərəfindən araşdırma aparılır. 24 nəfər kimyəvi maddədən zəhərlənib. Hazırda xəstəxanadadırlar. Daha əvvəl belə bir hal baş verməyib".

Xatırladaq ki, hadisə iyun ayının 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında baş verib. Bir qrup işçi pambıq tarlasında kütləvi şəkildə zəhərlənib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31