Politoloq: “Ermənistan hakimiyyəti itkilərini şərh etmir”
“Ermənistan hakimiyyəti itkilərini və məğlubiyyətlərini şərh etmir. Məsələn, 2016-cı ildə Lələtəpə üzərindəki nəzarəti itirdilər, bugünə qədər nə bu təpədən, nə də məskunlaşdırılan Cocuq Mərcanlıdan danışırlar. Sanki illər boyu Lələtəpə onların işğalında olmayıb və ya Naxçıvan istiqamətində işğal etdikləri əraziləri əldən verdilər”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
11 İyun 2018 11:35 Siyasət"Ermənistan hakimiyyəti itkilərini və məğlubiyyətlərini şərh etmir. Məsələn, 2016-cı ildə Lələtəpə üzərindəki nəzarəti itirdilər, bugünə qədər nə bu təpədən, nə də məskunlaşdırılan Cocuq Mərcanlıdan danışırlar. Sanki illər boyu Lələtəpə onların işğalında olmayıb və ya Naxçıvan istiqamətində işğal etdikləri əraziləri əldən verdilər". Bunu politoloq Elxan Şahinoğlu deyib.
"Doğrudur, indi özlərindən nağıl quraşdırırlar ki, guya "razılıq" əsasında geri çəkiliblər: "Buna kimsə inanmaz. Heç öz əhalisi də inanmır. Bu o deməkdir ki, bir gün Dağlıq Qarabağ ətrafındakı rayonları da əldən versələr, üstəgəl Şuşa, Laçın və Kəlbəcər üzərindəki nəzarəti də itirsələr, üstündən ya sükutla keçməyə çalışacaqlar, ya da deyəcəklər ki, buralar heç əvvəldən də onların olmayıb. Bizə də elə bu lazımdır", - deyə, E.Şahinoğlu fikirlərini tamamlayıb.