"Rusiya qayıtsa, Avropa parçalanacaq" - Berlin
ABŞ Prezidenti Donald Trampın Rusiyanı G8-ə qaytarmaq haqqında bəyanatları Avropada parçalanmaya səbəb ola bilər. Bunu ZDF televiziyasına müsahibəsində Almaniya Xarici İşlər Nazirliyinin katibi Nils Annen deyib.
11 İyun 2018 11:38 DünyaABŞ Prezidenti Donald Trampın Rusiyanı G8-ə qaytarmaq haqqında bəyanatları Avropada parçalanmaya səbəb ola bilər.
Bunu ZDF televiziyasına müsahibəsində Almaniya Xarici İşlər Nazirliyinin katibi Nils Annen deyib.
"Trampın G7-dəki provokasiyasını heç kim anlamır. Bu qrup ümumi dəyərləri müdafiə edir. Bu situasiyada biz gərək Avropada daha bir parçalanmaya yol açmayaq. Ona görə ki, Avropada Rusiyanın geri dönüşü ilə heç də hər kəs razılaşmayacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31