Almaniyada türklərə hücum: 5 ağır yaralı

Almaniyanın Şimali Ren Vestfalya əyalətinin Altena şəhərində bədbəxt hadisə baş verib. Yarı açıq yük maşını idarə edən sürücü avtomobili məsciddən çıxan vətəndaşların üzərinə sürüb.

Almaniyanın Şimali Ren Vestfalya əyalətinin Altena şəhərində bədbəxt hadisə baş verib.

Yarı açıq yük maşını idarə edən sürücü avtomobili məsciddən çıxan vətəndaşların üzərinə sürüb.

Hadisə nəticəsində 5türk ağır yaralanıb. Onlar helikopterlər vasitəsilə xəstəxanaya aparılıb. Yaralanan arasında Almaniyada fəaliyyət göstərən Türk-İslam Din Məsələləri Birliyinin din adamlarının da olduğu qeyd olunub.

Polis qəzanın necə baş verdiyinə dair hər hansı bilgi verməyib. Hadisənin terror hücumu olub-olmadığı araşdırılır.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31