"O, ABŞ-ın kürəyinə bıçaq sancdı" - Trampın müşaviri

Kanada Baş naziri Castin Trudo ABŞ-ı kürəyindən bıçaqladı. Bu sözləri ABŞ prezidentinin baş iqtisadi müşaviri Larri Kudlou deyib.

"Kanada Baş naziri Castin Trudo ABŞ-ı kürəyindən bıçaqladı".

Bu sözləri ABŞ prezidentinin baş iqtisadi müşaviri Larri Kudlou deyib.

"O, sözün həqiqi mənasında bıçaqla zərbə endirdi. Bütün G7-yə pis xidmət göstərdi. Süd və digər məhsullara onlarda böyük tariflər var - 290, yaxud 295 faiz. Prezident icazə verməz ki, Kanada baş naziri onunla kobud davransın. Trudo böyük səhv etdi. O, Trampdan üzr istəməlidir ki, KXDR ilə sammit müsbət sferada keçsin", - deyə Kudlou bildirib.

Qeyd edək ki, Trudo Trampın ABŞ-ın polad və alüminiumla bağlı rüsumları artırması qərarına sərt reaksiya göstərmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31