Gündəm
Bekhem cütlüyü boşanır?
Son günlər ingilis mediasında Devid və Viktoriya Bekhem cütlüyünün ayrılma xəbəri yayılıb. Dizayner söz-söhbətə son qoymaq üçün sosial şəbəkədə paylaşım edib. Ailəsi ilə şəklini yayımlayan Viktoriya bildirib ki, bunlar yalan xəbərlərdir.
Zirvə görüşü başlayıb
Çin Xalq Respublikasının Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə görüşü işə başlayıb.
Tramp indi də Kanada baş naziri ilə dalaşdı:"İkiüzlü..."
ABŞ Prezidenti Donald Tramp Kanada baş naziri Castin Trüdonu sərt tənqid edib. Tramp Tvitterdən yazdığı mesajda C.Trudüno ikiüzlü və zəif şəxs adlandırıb. “Mən G7 zirvəsini tərk etdikdən sonra Castin mətbuat konfransı keçirib və ABŞ-ın ölkəsinə tətbiq etdiyi yeni gömrük vergiləri ilə bağlı danışıb.
YPG-nin Qərb cəbhəsinin komandiri öldürüldü
Suriyanın şimalındakı Ayn İsa bölgəsində iyunun 3-də baş verən partlayışda PKK/YPG-nin 8 terrorçusu ölüb, 11-i yaralanıb. Ölənlərdən birinin YPG-nin Suriyadakı Qərb cəbhəsinin komandiri Şivan Feraşin olduğu açıqlanıb.
Səudiyyə Ərəbistanına raket hücumu – Ölənlərin sayı artır
Yəməndən Səudiyyə Ərəbistanının Cazan şəhərinə atılan raket hücumunda daha bir dinc sakinin öldüyü bildirilib. Bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Məlumatda bildirili ki, husilər Cazan şəhərinə raket hücumları edib. Hücumun qəsdən yerli sakinləri hədəf almaq üçün həyata keçirildiyini deyən koalisiya qüvvələrinin sözcüsü Turki al-Maliki ölkəsinin və vətəndaşlarının təhdid edənlərə dəmir yumruq göstəriləcəyini qeyd edib.
Rusiyada qatar avtobusa çırpılıb: 4 ölü, 11 yaralı
Rusiyanın Orlovsk vilayətində qatar avtobusa çırpılıb.
"Paşinyan absurd fikirləri ilə münaqişənin nizamlanması prosesini yubatmaq istəyir"
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Kim Çen Inın nümayəndə heyətinin ilk təyyarəsi Sinqapurda enib
"Air Koryo" aviaşirkətinin İl-76 yük təyyarəsi Sinqapurun "Çanqi" beynəlxalq hava limanında eniş edib.
İnam Kərimov Naxçıvana səfər edib
Trampla Putinin görüş yeri bəlli oldu
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin ikitərəfli görüşünün keçirilməsi üçün Avstriyanın paytaxtı Vyana seçilə bilər.
Tramp: "ABŞ digər ölkələrə öz şirkətlərinə qarşı rüsum tətbiq etməyə imkan verməyəcək"
ABŞ prezidenti Donald Tramp şənbə günü bildirib ki, digər ölkələrə öz şirkətlərinə qarşı geniş miqyaslı rüsum tətbiq etmək və və ticarət maneələri yaratmağa imkan verməyəcək.
Kanadanın baş naziri ABŞ-ı yeni rüsumlara sərt cavab veriləcəyi ilə hədələyib
Kanadanın baş naziri Castin Trüdo ABŞ-ı sərt cavab tədbirləri ilə hədələyib.
Bu gün sonuncu sınaq imtahanı keçiriləcək
Bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 12 şəhər və rayonunda sınaq imtahanları keçiriləcək.
"ASALA-ya görə diplomat olmaq istəyirdim, ancaq.." - Çavuşoğlu
"Lisey illərimdə diplomat olmaq istəyirdim, ancaq liseydə bununla bağlı bir məktəbdə oxuya bilmədim. O illərdə erməni terror təşkilatı ASALA bizim diplomatlarımızı şəhid edirdi. Onlara inad olaraq, onlarla mübarizə aparmaq üçün diplomat olmaq istəyirdim". Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Kəpəz rayonunda lisey açılışında deyib.














