Tramp indi də Kanada baş naziri ilə dalaşdı:"İkiüzlü..."

ABŞ Prezidenti Donald Tramp Kanada baş naziri Castin Trüdonu sərt tənqid edib.  Tramp Tvitterdən yazdığı mesajda C.Trudüno ikiüzlü və zəif şəxs adlandırıb. “Mən G7 zirvəsini tərk etdikdən sonra Castin mətbuat konfransı keçirib və ABŞ-ın ölkəsinə tətbiq etdiyi yeni gömrük vergiləri ilə bağlı danışıb.

ABŞ Prezidenti Donald Tramp Kanada baş naziri Castin Trüdonu sərt tənqid edib.

Tramp Tvitterdən yazdığı mesajda C.Trudüno ikiüzlü və zəif şəxs adlandırıb.

"Mən G7 zirvəsini tərk etdikdən sonra Castin mətbuat konfransı keçirib və ABŞ-ın ölkəsinə tətbiq etdiyi yeni gömrük vergiləri ilə bağlı danışıb. O, buna qədər zirvədə çox mədəni davranırdı. Olduqca ikiüzlü və zəif insandı. Onun yanlış sözlərinə və Kanadanın amerikalı fermerlərə tətbiq etdiyi gömrük vergilərinə görə, G7 zirvəsinin yekun bildirişini imzalamayacağam", - deyə Tramp bildirib.

Qeyd edək ki, ötən gün Kanadada G7 ölkələrinin zirvəsi keçirilib.

Xatırladaq ki, ABŞ iyunun 1-dən etibarən Avropa Birliyi, Kanada və Meksikadan idxal etdiyi polada 25, alüminyuma isə 10 faiz əlavə gömrük vergisi tətbiq edir.

A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31