Gündəm

DÇ-2018: Seneqal yığması Polşa komandası üzərində qələbə qazandı - VİDEO

19 İyun 2018 21:17

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib

19 İyun 2018 19:56

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 19-da torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi II Fəxri xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoyublar.

Rusiyadan kürdlərə böyük dəstək

19 İyun 2018 19:45

Kürdlər Suriyanın yeni Konstitusiya Komissiyasında təmsil olunacaq.

“Dollar” milyonçularının ümumi varidatın AÇIQLANDI

19 İyun 2018 18:31

Dünyanın  “dollar” milyonçularının ümumi varidatı 70 trilyon dollara yaxındır. Bu haqda “Capgemini” konsaltinq şirkətinin hesabatında deyilir. 2016-cı illə müqayisədə cari ildə bu göstərici 10,6 faiz artıb. Analitiklərin hesablamalarına görə 2025-ci ilə kimi milyonçuların ümumi aktivləri 100 trilyon dollara çatacaq.

Kreml Sarayında "Min bir gecə”

19 İyun 2018 18:27

İyunun 21-də Rusiya Dövlət Kreml Sarayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdiriləcək.  “Kreml Baleti” Teatrının təqdim edəcəyi tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın Xalq Artisti Andrey Petrov, rəssamı SSRİ Xalq Rəssamı, akademik Tahir Salahovdur.

"Möhtəşəm Yüz İl"in yaraşıqlı aktyoruna 90 il həbs tələbi - ŞOK SƏBƏB

19 İyun 2018 18:25

“Möhtəşəm Yüz İl” serialındakı “Bəhram paşa” rolu ilə məşhurlaşan aktyor Adnan Koç və qardaşları narkotik ticarəti ilə məşğul olduqları və daha sonra polisləri öldürməyə təşəbbüs etdikləri üçün həbs olunaraq məhkəməyə çıxarılıb. Onlar haqqında 90 il 7 ay 15 gün həbs cəzası tələb edilib.

Türkmənistanda YENİ QADAĞA: Artıq türkmən kişilər...

19 İyun 2018 18:04

Türkmənistan Respublikasının ailə məcəlləsinə çoxarvadlılığı qadağan edən müddəa əlavə olunub. Bu haqda “İzvestiya” məlumat yayıb.

Suriya üçün Cenevrədə kritik görüş

19 İyun 2018 18:02

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə özəl təmsilçisi Steffan de Mistura Suriyada Konsitutsiya Komissiyasının qurulmasına dair Astana razılaşmasının əsas fiqurları olan Türkiyə, Rusiya və İran diplomatları ilə görüşüb.

Parlament qarşısında iğtişaş: Ukraynada- VİDEO

19 İyun 2018 17:44

Kiyevdə Ali Rada binasının qarşısında keçirilən etiraz aksiyasında nümayişçilərlə asayış keşikçiləri arasında qarşıdurma yaşanıb.  Toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb.

Paşinyana qarşı SUİ-QƏSD CƏHDİ

19 İyun 2018 17:42

Ermənistanda bəzi qruplar erməni baş nazir Nikol Paşinyanı zərərsizləşdirməyə çalışıb. Bunu Ermənistan Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan jurnalistlərə verdiyi açıqlamada bildirib. Baş nazirin həyatının təhlükədə olub-olmadığı ilə bağlı jurnalistin sualına, bəzi qüvvələrin Paşinyanı aradan götürməyə cəhd etdiyi ilə bağlı informasiyanın daxil olduğunu təsdiqləyib.

ABŞ dünyanın " jandarmı" deyil - Fransalı deputat sərt danışdı

19 İyun 2018 17:40

Avropa Parlamentinin Fransalı deputatı Nikola Bey, Amerikanın dünyanın jandarmı kimi davranmasını qəbul edilməz olduğunu bildirib. ABŞ prezidenti Trampın Bercam nüvə müqaviləsindən çıxmasını pisləyən Bey, Amerikanın sırf öz maraqlarını düşündüyünü, bu səbəbdən də Avropanın da öz maraqlarını müdafiə etməsi və Amerika izləməməsinin lazım olduğunu qeyd edib.

Qalmaqallı kosmetoloqun klinikası bağlandı - VİDEO

19 İyun 2018 17:32

Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanana kosmetorloq Elnarə Razyevanın mərkəzi bağlanıb.  Zərərçəkimşlərin vəkili Toğrul Allahyarov criminal.az saytına bildirdi ki, mərkəzin bağlanmasından bu gün xəbər tutub.

Dünyanın ən bahalı silahları - AĞLASIĞMAZ QİYMƏTLƏR - FOTO​​​​​​​

19 İyun 2018 17:31

Dünyadakı supergüclər milyardlarla dollarlıq müdafiə sənayesi büdcələri ilə ordularını yeni silahlarla təmin etmək üçün çalışır. Gündən-günə inkişaf edən texnologiya ilə birlikdə müasirləşən silah-sursatların qiymətləri bir çox ölkənin ümumdaxili xərclərindən belə qat-qat çox olur. Dünyanın bahalı silahlarını təqdim edirik:

Qorxunc gəmi qəzası: 128 nəfər itkin düşdü

19 İyun 2018 17:29

İndoneziyanın dünyaca məşhur Toba gölündə sərnişin daşıyan gəmi batıb. Hadisə nəticəsində gəmidə olan 128 nəfər suda itkin düşüb. İndoneziyanın “Antara” xəbər agentliyinin verdiyi məlumata görə, hadisə Sumatra adasının şimalında, Medan şəhərinin yaxınlığında baş verib. Gəmi Samosirdən Simalunqun bölgəsinə gedərkən batıb.

Yaponiya-Kolumbiya oyununda 2 qol - YENİLƏNİR

19 İyun 2018 17:27

2018 Dünya Çempionatının ilk turunda H qrupunda mübarizə aparan Kolumbiya Yaponiya ilə qarşılaşır. Matçın birinci hissəsi başa çatıb və hələ ki, tərəflər 1 qolluq bərabərliyə razılaşıb. Stadion: Mordovia Arena