Gündəm
Dünya Çempionatında ilk qırmızı vərəqə ona çıxdı
Rusiyada keçirilən dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb. Hazırda Yaponiya ilə qarşılaşan Kolumbiya millisinin futbolçusu Karlos Sançes meydandan qovulub. Görüşün baş hakimi Damir Skomina matçın 3-cü dəqiqəsində qapıya gedən topa əllə toxunan yarımmüdafiəçini qırmızı vərəqə ilə cəzalandırıb və Kolumbiyanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sindzi Kaqava hesabı açıb.
Əhəd Abıyevdən metrodakı şortikli qızla bağlı ŞOK SÖZLƏR: Onların qeyrəti varsa...
“O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər. Birincisi, onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”. Bunu Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev “interpress.az”a açıqlamasında bildirib.
“Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrinə həsr olunmuş tədbir
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediyada mövzulu ay layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini əks etdirən tədbir keçirib. Tədbirdə Mərkəzi Elmi Kitabxananın ölkəmizin informasiya təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vikipediyada gördüyü işlərin yekun nəticəsi təqdim olunub. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə AXC qurucularının xatirəsi sayğı duruşu ilə yad edilib.
“Azərbaycan Universitetləri tanıtımı - 2” adlı layihə həyata keçiriləcək
İyunun 23- də Hədəf Liseyinin sərgi zalında Hədəf Kursları və Hedef Globalın təşkilatçılığı ilə Azərbaycan Universitetlərinin sərgisi keçiriləcək. Olaylar.az bildirir ki, layihəni keçirməkdə məqsəd Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri abituriyentlərə tanıtmaqdır.
Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılışı olacaq
Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"
Türkiyənin “F-35” təyyarələrinin istehsalında iştirakına qadağa qoyulub
Ermənistana məxsus PUA məhv edilib
İmişlidə pambıq sahəsində 80 fəhlə zəhərlənib
Politoloq: "Ermənistan XİN Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışan təbliğatçı qüvvələrin carçısına çevrilib"
Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik qurumdan Azərbaycanın nüfuzuna xələl gətirmək üçün səbəb axtaran təbliğatçı qüvvələrin carçısına çevrilib.
Dünyanın ən yaşlı oranqutanı ölüb
Avstraliyanın Pert şəhər zooparkında dünyanın ən yaşlı oranqutanı ölüb.














