Putin Ərdoğanla görüşəcək
21:03 DünyaRusiya Prezidenti Vladimir Putin Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Olaylar xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Görüş zamanı Qara dəniz və Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-i Qırğız Respublikasının paytaxtı Bişkekdə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31