“Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrinə həsr olunmuş tədbir

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediyada mövzulu ay layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini əks etdirən tədbir keçirib. Tədbirdə Mərkəzi Elmi Kitabxananın ölkəmizin informasiya təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vikipediyada gördüyü işlərin yekun nəticəsi təqdim olunub. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə AXC qurucularının xatirəsi sayğı duruşu ilə yad edilib.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediyada mövzulu ay layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti ayı"nın nəticələrini əks etdirən tədbir keçirib. Tədbirdə Mərkəzi Elmi Kitabxananın ölkəmizin informasiya təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vikipediyada gördüyü işlərin yekun nəticəsi təqdim olunub. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə AXC qurucularının xatirəsi sayğı duruşu ilə yad edilib.

Tədbiri açan AMEA vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın Vikipediya istiqamətində metodik mərkəz rolundan, onun AMEA institutlarını, digər elm müəssisələrini, ayrı-ayrı könüllüləri koordinasiya edən sistemli fəaliyyətindən danışıb.

"Azərbaycan Xalq Cümhuriyyəti ayı"nın nəticələri ilə bağlı bütün Viki icmanı, müsabiqə qaliblərini təbrik edən L.İmanova MEK-in bu fəaliyyəti peşəkarlıqla koordinasiya etdiyini bildirib və "Şəms" Tərcümə Xidmətləri Mərkəzinə könüllü xidmətə, səmərəli əməkdaşlığa görə təşəkkürlərini bildirib.

MEK Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova "2018-ci il Cümhuriyyət ili" çərçivəsində MEK Sərbəst elektron resuslarla iş şöbəsinin fəaliyyətini təqdim edib. 

I, II, III yerlərə müvafiq olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin əməkdaşları Qulamhüseyn Məmmədov, Rəcəb Həsənbəyov və AMEA Coğrafiya İnstitutunun əməkdaşı Həlimə Əhmədzadə layiq görülüblər. Qaliblərə MEK tərəfindən fərqlənmə diplomu və Azərbaycan tarixinə, mədəniyyətinə aid qiymətli kitablar təqdim edilib. Vikipediya sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə MEK Sərbəst elektron resurslar şöbəsinin müdiri Elnur Hüseynov, Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova, şöbənin digər əməkdaşları Gülarə Səbzəliyeva, Suğra Məmmədova, Jalə Babazadə, Nuray Tanrıverdiyeva, Səbinə Abizadə, MEK Milli Rəqəmsal Yaddaş şöbəsinin müdiri Renat Cəfərov, Azərbaycanca Vikipediyanın idarəçisi Tərxan Paşazadə, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, digər Vikipediya könüllüləri jurnalist Rey Kərimoğlu, Səfa Mövsümov, Ayxan Zayedzadeh, Ələddin Məlikov, Məhəmməd Məlikov, səmərəli əməkdaşlığa görə "Şəms" Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov, mərkəzin əməkdaşları Şərqiyyə İbrahimova, Zəfər Abdullayev, Anar Kərimov və Kaspi Təhsil Mərkəzindən Tural Abbasquliyev MEK tərəfindən xüsusi təşəkkürnamə ilə təltif ediliblər.  "Şəms" Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov, Azərbaycanca Vikipediyanın idarəçisi Tərxan Paşazadə, Vikipediyada qrup rəhbəri, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov, Qarabağ qazisi və əlili, Prezident təqaüdçüsü jurnalist Rey Kərimoğlu çıxış edərək informasiya müharibəsinin aktual olduğu indiki dönəmdə bu işlərin ərsəyə gəlməsini yüksək qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31