Dünya Çempionatında ilk qırmızı vərəqə ona çıxdı

Rusiyada keçirilən dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb. Hazırda Yaponiya ilə qarşılaşan Kolumbiya millisinin futbolçusu Karlos Sançes meydandan qovulub. Görüşün baş hakimi Damir Skomina matçın 3-cü dəqiqəsində qapıya gedən topa əllə toxunan yarımmüdafiəçini qırmızı vərəqə ilə cəzalandırıb və Kolumbiyanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sindzi Kaqava hesabı açıb.

Rusiyada keçirilən dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb. Hazırda Yaponiya ilə qarşılaşan Kolumbiya millisinin futbolçusu Karlos Sançes meydandan qovulub.

Görüşün baş hakimi Damir Skomina matçın 3-cü dəqiqəsində qapıya gedən topa əllə toxunan yarımmüdafiəçini qırmızı vərəqə ilə cəzalandırıb və Kolumbiyanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sindzi Kaqava hesabı açıb.

Qeyd edək ki, 32 yaşlı Karlos Sançes 2007-ci ildən Kolumbiya millisində çıxış edir. O, professional karyerası ərzində "Aston Villa", "Fiorentina", "Espnayol" kimi komandaların şərəfini qoruyub. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31