Paşinyana qarşı SUİ-QƏSD CƏHDİ
Ermənistanda bəzi qruplar erməni baş nazir Nikol Paşinyanı zərərsizləşdirməyə çalışıb. Bunu Ermənistan Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan jurnalistlərə verdiyi açıqlamada bildirib. Baş nazirin həyatının təhlükədə olub-olmadığı ilə bağlı jurnalistin sualına, bəzi qüvvələrin Paşinyanı aradan götürməyə cəhd etdiyi ilə bağlı informasiyanın daxil olduğunu təsdiqləyib.
19 İyun 2018 17:42 DünyaErmənistanda bəzi qruplar erməni baş nazir Nikol Paşinyanı zərərsizləşdirməyə çalışıb. Bunu Ermənistan Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan jurnalistlərə verdiyi açıqlamada bildirib.
Baş nazirin həyatının təhlükədə olub-olmadığı ilə bağlı jurnalistin sualına, bəzi qüvvələrin Paşinyanı aradan götürməyə cəhd etdiyi ilə bağlı informasiyanın daxil olduğunu təsdiqləyib.
"İnanmıram ki, kimlərsə bu cür nüfuzu olan baş nazirə qarşı belə bir addım atmağa cürət etsin", - deyə Vanesyan söyləyib. Oxu.az