“Dollar” milyonçularının ümumi varidatın AÇIQLANDI
Dünyanın “dollar” milyonçularının ümumi varidatı 70 trilyon dollara yaxındır. Bu haqda “Capgemini” konsaltinq şirkətinin hesabatında deyilir. 2016-cı illə müqayisədə cari ildə bu göstərici 10,6 faiz artıb. Analitiklərin hesablamalarına görə 2025-ci ilə kimi milyonçuların ümumi aktivləri 100 trilyon dollara çatacaq.
19 İyun 2018 18:31 DünyaDünyanın "dollar" milyonçularının ümumi varidatı 70 trilyon dollara yaxındır. Bu haqda "Capgemini" konsaltinq şirkətinin hesabatında deyilir.
2016-cı illə müqayisədə cari ildə bu göstərici 10,6 faiz artıb. Analitiklərin hesablamalarına görə 2025-ci ilə kimi milyonçuların ümumi aktivləri 100 trilyon dollara çatacaq.
Milyonçuların aktivlərinin orta hesabla üçdə bir hissəsini səhmlər təşkil edir.
Hesabata görə yeni milyonçuların dördə üç hissəsi Şimali Amerika və Asiya-Sakit Okean regionunda yaşayır. A24.az