Parlament qarşısında iğtişaş: Ukraynada- VİDEO

Kiyevdə Ali Rada binasının qarşısında keçirilən etiraz aksiyasında nümayişçilərlə asayış keşikçiləri arasında qarşıdurma yaşanıb.  Toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb.

 

Kiyevdə Ali Rada binasının qarşısında keçirilən etiraz aksiyasında nümayişçilərlə asayış keşikçiləri arasında qarşıdurma yaşanıb.

Toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb.

Bundan başqa bir etirazçının ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildirilir.

Hazırda Radanın yaxınlığındakı Konstitusiya meydanına min nəfərdən çox etirazçı toplaşıb. Onlar parlament binasına yaxınlaşalar da, polis dəstələri göz yaşardıcı qaz tətbiq edib.

Qeyd edək ki, əsasən mədənçilərdən və döyüşçülərdən ibarət etirazçılar hökumətdən maaşlarla bağlı yığılan borcların ödənilməsini tələb edir.

A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31