DÇ-2018: Seneqal yığması Polşa komandası üzərində qələbə qazandı - VİDEO
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
19 İyun 2018 21:17 İdmanRusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
"H" qrupunun ikinci oyununda Seneqal və Polşa yığmaları qarşılaşıb. Oyun afrikalıların 1:2 hesablı qələbələri ilə yekunlaşıb.
Matçda hesabı polşalı müdafiəçi açıb. Öz qapısına avtoqolla fərqlənən Tiaqo Sionek Seneqalı hesabda irəli çıxarıb. Seneqallıların ikinci qolunu Polşa komandasının kobud səhvindən sonra 60-cı dəqiqədə Mbaye Nianq vurub.
Polşa komandası oyunda yeganə qolunu isə 86-cı dəqiqədə vurub. Qjeqoj Krıxovyak fərqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31