Yaponiya-Kolumbiya oyununda 2 qol - YENİLƏNİR

2018 Dünya Çempionatının ilk turunda H qrupunda mübarizə aparan Kolumbiya Yaponiya ilə qarşılaşır. Matçın birinci hissəsi başa çatıb və hələ ki, tərəflər 1 qolluq bərabərliyə razılaşıb. Stadion: Mordovia Arena

2018 Dünya Çempionatının ilk turunda H qrupunda mübarizə aparan Kolumbiya Yaponiya ilə qarşılaşır.

Matçın birinci hissəsi başa çatıb və hələ ki, tərəflər 1 qolluq bərabərliyə razılaşıb.

Stadion: Mordovia Arena

H qrupu

I tur

Kolumbiya: Ospina, Murillo, D. Sançez, Arias, C. Sançez, Lerma, Moyica, İzquierdo, Quadrado, Quintero, Falsao.

Ehtiyat oyunçular: Varqas, J.F. Kuadrado, Zapata, Mina, Barrios, Aquilar, Muriel, Uribe, Dias, Borya, Xames, Bakka.

Baş məşqçi: Xose Pekerman

Yaponiya: Kavaşima, Şoji, Naqatomo, Sakayi, Yoşida, Şibasaki, Haraquçi, Kagawa, İnui, Hasebe, Osako

Ehtiyat oyunçular: Hiqaşquçi, Nakamura, Ueda, Honda, Endo, Okazaki, Usami, Muto, Yamaquçi, Ohşima, Makino, G.Sakayi

Baş məşqçi: Nişino Akira

Qol: Sindzi Kaqava, 4-pen. (0:1), Qintero, 39 (1:1)

4-cü görüş

Kolumbiya və Yaponiya builki çempionatla birgə tarixlərində 6 dəfə mundiala qatılıblar. İki ölkənin təmsilçiləri bu günə qədər 2-i rəsmi, 1-i özəl olmaqla, 3 dəfə bir araya gəlib. Bu 3 matçda Kolumbiya 2 qalibiyyət əldə edib, 1 matç isə bərabərliklə sona çatıb. Bu qarşılaşmalarda Kolumbiya 5, Yaponiya isə 1 qola sevinib.

6-cı mundial

Kolumbiya Dünya Çempionatı tarixində ən böyük sevincini 2014-cü ildə ¼ finala vəsiqə qazanaraq əldə edib. Daha əvvəl 3 dəfə qrup mərhələsini adlaya bilməyib, bir dəfə isə son 16 turuna qədər yüksələ bilib. Yaponiya da eynən rəqibi kimi 6-cı dəfə mundial həyəcanını yaşayır. Bu komanda 2 dəfə son 16 turunu görüb, 3 dəfə isə qruplardan çıxa bilməyib. Yaponiya Cənubi Koreya ilə birlikdə 2002-ci ildə təşkil edilən Dünya Çempionatında son 1/8 finalda Türkiyəyə 1:0 hesabı ilə məğlub olaraq ələnib. Türkiyənin qolu isə məşhur futbolçu Ümid Dalavadan gəlib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31