Gündəm

Zəhərlənməyə yol açan dondurmalar

13 İyul 2018 11:57

Keyfiyyətsiz dondurma insan orqanizmi üçün təhlükəlidir Yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar dondurmalara tələbat və müvafiq olaraq da ticarət obyektlərində bu cür məhsulların çeşidləri artır. Heç şübhəsiz ki, bol çeşid istehlakçılar üçün həm də geniş seçim imkanı yaradır. İlin bütün fəsillərində satışda dondurma olsa da, payız-qış aylarında insanlar mütəmadi dondurma yeməkdən çəkinirlər.Yaz-yay ayları isə dondurmanın mövsümü sayılır. Amma təbii ki, hər kəsin ləzzətlə yediyi dondurmalar heç də hamısı lazımı keyfiyyət tələblərinə cavab vermir.

ÇXR-ın Liaoninq əyalətinin rəsmi nümayəndə heyəti Qaradağ rayonunda

13 İyul 2018 11:53

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çin Xalq Respublikasının Liaoninq əyalətinin Şenyanq şəhərinin Xarici əlaqələr İdarəsinin rəisi Vanq Jinqyinqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

“Saxta əlillərin” pensiyası dayandırılıb

13 İyul 2018 11:48

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən araşdırmalar aparılıb. İlkin nəticələrə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, nazir Sahil Babayev bunu İşçi Qrupun növbəti iclasında diqqətə çatdırıb.

Aqil Camal: "Azərbaycan xalqı siyasi sayıqlığı dəqiq qiymətləndirməyi bacaran bir xalqdır"

13 İyul 2018 11:45

"Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd aktından sonra bu hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimalı daha çox idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bunlar zəncirvari, bir-biri ilə bağlı məsələlərdir".