ABŞ və Kanada ticarət sazişinə nail oldublar

Prezident Donald Tramp ABŞ və Kanada arasında ticarət sazişinin imzalandığını bildirib.

Olaylar xəbər verir ki, o, Kanadanın Baş naziri ilə razılıq əldə etdiklərini qeyd edib.

"Bildiyiniz kimi, bu gün Kanadaya qarşı 50 faizlik gömrük rüsumları tətbiq etməyi planlaşdırırdıq. Lakin onlar zəng edərək bizə lazım olan şərtləri təmin etdilər. Bu, hər iki tərəf üçün çox ədalətli razılaşmadır. Kanadaya qarşı tariflər tətbiq edilməyəcək".

O həmçinin əvvəlki administrasiya tərəfindən dayandırılmış və Kanadanın Alberta əyalətindən Texasadək uzanan "Keystone XL" boru kəməri layihəsinin yenidən reallaşdırılacağını istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31