ABŞ sərhədində robot patrullar tətbiq oluna bilər ÖZƏL
15:44 DünyaABŞ-ın cənub sərhədində patrul xidməti üçün humanoid robotlardan istifadə təklif edilib.
Olaylar.az xəbər verir ki, Amerikanın Foundation şirkətinin baş direktoru Sankaet Pathak bildirib ki, Phantom adlı robotların sərhəd təhlükəsizliyində istifadəsi ilə bağlı ABŞ-ın müxtəlif dövlət qurumları ilə danışıqlar aparılır.
Onun sözlərinə görə, robotlar çətin ərazilərdə hərəkət edə, xəritə hazırlaya, insanları digər obyektlərdən ayıra və müşahidə apara bilər. Məqsəd onların kəşfiyyat funksiyalarını avtonom yerinə yetirərək təhlükəsizlik əməkdaşlarını mümkün sərhəd keçidləri barədə xəbərdar etməsidir.
Pathak gələcəkdə robotların silahlandırılması ehtimalını da istisna etməyib. ABŞ Daxili Təhlükəsizlik Departamenti isə şirkətlə hazırda heç bir rəsmi razılaşmanın olmadığını açıqlayıb.