Aqil Camal: "Azərbaycan xalqı siyasi sayıqlığı dəqiq qiymətləndirməyi bacaran bir xalqdır"

"Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd aktından sonra bu hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimalı daha çox idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bunlar zəncirvari, bir-biri ilə bağlı məsələlərdir".

Sözügedən fikirləri Olaylar.az-a açıqlamasında "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal mövzu ilə bağlı münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, eyni zamanda, Gəncədə radikal dini qrupun keçirmək istədiyi və qanla nəticələnən aksiyasına Azərbaycan xalqının birmənalı münasibəti gerçəyi ortaya qoydu: "Azərbaycan xalqı siyasi sayıqlığı, səbatı, hadisələri dəqiq qiymətləndirməyi bacaran bir xalqdır. Ona görə də, mən diqqət etdim ictimai statusundan, siyasi mənsubiyyətindən və s. asılı olmayaraq hamı baş verən qanlı olayı pislədi, Azərbaycanda din pərdəsi altında ictimai-siyasi atmosferi gərginləşdirmək istəyənlərə birmənalı kəskin reaksiyasını ortaya qoydu".

Aqil Camal son olaraq vurğulayıb ki, həmin qrupun arxasındakı qüvvələr Azərbaycan xalqının bu mesajını almalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31