Ermənistan beş il ərzində Azərbaycanla ticarət əlaqələrini bərpa etməyi planlaşdırır

Ermənistan sülhün institutsionallaşdırılması çərçivəsində növbəti beş il ərzində Azərbaycanla ticarət əlaqələri qurmağı nəzərdə tutur.

Olaylar xəbər verir ki, bu barədə 2026-2031-ci illər üzrə hökumət proqramının layihəsində qeyd olunub.

Sənəddə bildirilir ki, Ermənistan ilə Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması yönündə sazişin imzalanması və ratifikasiyası, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin vətəndaş cəmiyyətləri və biznes dairələri arasında təmasların, eləcə də ikitərəfli ticarətin intensivləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31