Ermənistan Türkiyə ilə sərhəddə iki sərhəd keçid məntəqəsi açmaq niyyətindədir
20:55 DünyaErmənistan ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Türkiyə ilə azı iki sərhəd-keçid məntəqəsi açmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üzrə proqram layihəsində öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin qurulması, Ermənistan-Türkiyə sərhədinin açılması və azı iki müasir sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsi, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun bərpası və genişləndirilməsi, həmçinin ikitərəfli və çoxtərəfli ticarətin artırılması istiqamətində işlər görüləcək.
Qeyd edək ki, sənəd Ermənistan hökumətinin saytında dərc edilib və cümə axşamı keçiriləcək Nazirlər Kabinetinin iclasının gündəliyinə daxil edilib.