Qırğızıstan beynəlxalq sanksiyalardan yayınma riski olan 19 şirkəti ləğv edir

Qırğızıstan hakimiyyəti beynəlxalq sanksiyalardan yayınma riski daşıyan 19 şirkətin məcburi ləğvi prosesinə başlayır.

Olaylar.az xəbər verir ki, "İnterfaks" bu barədə respublikanın İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbər yayıb.

Qeyd edilir ki, iyunun sonlarından riski daşıyan təxminən 40 şirkət müəyyən edilib. Beynəlxalq sanksiya rejimlərinin pozulması səbəbindən Qırğızıstan üçün yarana biləcək potensial nəticələrin qarşısını almaq məqsədilə aparılan yoxlamalar nəticəsində 19 hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub.

Məcburi ləğvetmə proseduruna başlamaq üçün ədliyyə orqanlarına müraciət təqdim olunacağı açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31