Gündəm

"Onda da müxalifət idilər, bu gün də müxalifətdirlər"

22 Yanvar 2019 16:10

“Yanvarın 19-da özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran təşkilatın kordinatorluğu ilə mitinq keçirilib. Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda 2800 nəfərin iştirakı ilə keçirilən toplantını formatına görə “müxalifətin birləşmiş mitinqi” adlandırırlar. Çünki yeddi partiya və təşkilatın birgə tədbiridir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Radikalların ümumxalq hüzn günündən siyasi divident qazanmaq cəhdi

22 Yanvar 2019 15:00

Radikal siyasi düşərgənin milli maraqlara, tariximizdə baş verən ağrılı-acılı günlərə biganə münasibəti, həmin tarixlərdən sui-istifadə edərək öz məqsədlərinə çatmaq cəhdləri hər zaman özünü açıq şəkildə göstərib. Hətta ümumxalq hüzn günlərindən belə siyasi məqsədlər üçün istifadə etməyi qarşılarına məqsəd qoyan radikalların ötən müddət ərzində atdığı addımların fonunda bunun əyani şahidi olmuşuq. Bu dəfə də radikallar keçmiş ənənələrinə sadiq qaldılar desək yanılmarıq. Azərbaycan xalqı ümumxalq hüzn gününə hazırlaşdığı, Qanlı Yanvar hadisəsinin 29-cu ildönümü qeyd etdiyi bir ərəfədə radikal siyasi düşərgə onlara verilən təlimat əsasında paytaxtda növbəti mitinq şousu nümayiş etdirdilər. Əslində bunu radikallar bir həftə sonra, yaxud ümumxalq hüzn günündən bir həftə əvvəl də həyata keçirə bilərdilər. Ancaq müşahidə etdiyimiz kimi sözügedən siyasi düşərgə mitinqi məhz ümumxalq hüzn günü ərəfəsində rellaşdırdı. Çünki ssenari əvvəlcədən hazırlanmışdı. Elə həmin mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin “Məhsul” stadionuna toplaşmış az sayda tərəfdarını yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarətə dəvət etməsi də həmin ssenarinin tərkib hissəsi idi. Plan isə ondan ibarət idi ki, radikal siyasi düşərgənin kütləvi şəkildə Şəhidlər Xiyabanını ziyarət etməsinin qarşısı polis tərəfindən alınacaq və nəticə etibarilə insdent yaşanacaq. Ancaq hər zaman ayıq-sayıq olan hüquq-mühafizə orqanları bu dəfə də radikal siyasi düşərgənin planlarını alt-üst etdi və Əli Kərimlin, eləcə də onun yaxın ətrafının ümumzalq hüzn günündən belə siyasi divident qazanmaq cəhdinin qarşısı alındı.

"Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşdır"

22 Yanvar 2019 14:23

“Davos İqtisadi Forumu əhəmiyyətinə görə, dünyanın ən əhəmiyyətli forumlarından hesab olunur. Onun dünyada aparıcı dövlətlərin hökumət başçılarını, biznes, beyin mərkəzlərinin, media rəhbərlərinin bir araya toplayan yeganə forum olduğunu nəzərə alsaq, budəfəki forumda da fərqli auditoriyanı təmsil edən liderlərin bir araya gələcəyi istisna edilmir”. Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Struktur islahatlarının verəcəyi faydalar

22 Yanvar 2019 13:30

Azərbaycanda biznes mühiti daha da təkmilləşəcək, rəqabət güclənəcək