Struktur islahatlarının verəcəyi faydalar
Azərbaycanda biznes mühiti daha da təkmilləşəcək, rəqabət güclənəcək
22 Yanvar 2019 13:30 SiyasətAzərbaycanda biznes mühiti daha da təkmilləşəcək, rəqabət güclənəcək
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları əsasında struktur dəyişiklikləri həyata keçirilməkdədir. Bu islahatların keçirilməsində əsas məqsədlərdən biri də dövlət idarəçiliyinin təkmilləşdirilməsi, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılması, dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılmasıdır. Onu da qeyd edək ki, dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar davamlı və effektli olduğundan Azərbaycan dövləti beynəlxalq arenada dünyanın ən islahatçı ölkəsi olaraq dəyərləndirilir. Maraqlıdır, ölkədə həyata keçirilən struktur islahatları Azərbaycana nə vəd edir? Əvvala xatırladaq ki, dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yeni islahat istiqamətləri barədə danışarkən də vurğulayıb ki, artıq köhnə idarəetmə funksiyalarından imtina edərək, daha uğurlu funksiyaya keçid etmək zərurəti yaranıb. "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü", deyə qeyd edən dövlətimizin başçısı həmçinin burada əsas olaraq, aparılan struktur islahatlarının müasir çağırışlara cavab verməsi əhəmiyyətinə də toxunub. Məhz bu baxımdan, Prezident İlham Əliyev hesab edir ki, aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır, habelə, yeni iqtisadi modelə uyğun olaraq institusional faktorlar daha müasir standartlara əsaslanır. Bu prinsiplər isə, bilavasitə Azərbaycanın davamlı inkişafına daha çevik, daha sürətli impulslar verir. Millət vəkili Əli Məsimli hesab edir ki, idarəetmə aparatında həm struktur təkmilləşdirmələri, həm də ixtisrarlar özündəməqsəd xarakteri daşımamalıdır: "İxtisarlar, xüsusən də öz işinin yüksək səviyyəli mütəxəssisi olmaqla bütün parametlərinə görə öz müdirindən yükəskdə duran qiymətli kadrların işdən kənarlaşdırılması ilə müşaiyət olunmalıdır. Struktur və kadr islhatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına,ölkənin sosial-iqtisadi inkiafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfəyə yönəlik meyarlarla ölçülməlidir. Bu baxımdan sözügedən problemlərinin optimal həlli digər vacib şərtlərlə yanaşı dövlət idarəetmə sisteminin düzgün kadr islahatları ilə müşaiyət olunan variantda əsaslı surətdə təkmilləşdirilməsini obyektiv təlabata çevirilib". Millət vəkili əlavə edib ki, ona görə də son Konstitusiya dəyişikliklərində birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri müəyyənləşdirildikdən və bu istiqamətdə real addım atılıb birinci vitse-prezident institutu yaradıldıqdan sonra, həm buna müvafiq, həm də ümumiyyətlə dövlət idarəetmə sistemində nəzərəçarpan islahatlar gözlənilir: "Fikrimizcə, idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi sahəsində tədbirlər sadalayacağımız istiqamətlərdə həyata keçirilməlidir: Birincisi, idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasının əsas şərtlərindən və dövlət xərclərinə qənaətin əsas mənbələrindən biri kimi, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, bürokratiyaya, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməsi. İkincisi, idarəetmənin təşkilati strukturunun kadr islahatları da daxil olmaqla insan inkişafının prioritet təşkil etdiyi və tədricən dominantlığına əsaslanan innovasiyalı inkişaf modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməsi: Bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi. İqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürümnməsi hallarının aradan qaldlrılması, koordinasiya işinin səmərəliliyinin artırılması; İdarəetmənin təşkilatı strukturunun əsaslı surətdə təkmilləşdirilməsinin vacib şərti kimi idarəetmədə sahə prinsipinə üstünlük verən modeldən funksional prinsipə üstünlük verən modelə keçilməsi; Nazirlik, dövlət komitələri, idarə, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyat keçilməsi və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımların atılması; Regionların idarə edilməsi siteminin səmərəliliyini artırılmaısna yönəlik təsirli tədbirlərin görülməsi; -Elektron hökumət layihəsinin tətbiqinin səmərəliliyinin artırılması; "Asan xidmətin" tətbiq dairəsinin genişləndirilməsi; Üçüncüsü, insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf madelinə keçid prosesesini maksimum sürətləndirməkdən ötrü ölkədə və xaricdə ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətin genişləndirilməsi, beynəlxalq meyarlara uyğun texnokratların formalaşması işinin dəstəklənməsi. Dördüncüsü, Azərbaycanın anti-böhran tədbirlərinin sürətləndirilməsində və insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf madelinə keçidin reallaşdırılmaısnda ölkənin həqiqətən öz işini yükəsk səviyyədə bilən əsl professionallar, texnokratlar, güclü kadrlarla yanaşı istedadlı gənclərin rolunun artırılması və onların innovativ genaratora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsidir". Struktur islahatların verəcəyi əsas faydalardan biri də Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Qeyd olunduğu kimi, struktur islahatları əsas olaraq iqtisadi inkişafa daha münbit şərait yaradır. Əgər iqtisadi inkişaf deyiriksə, burada daha bir mühüm məqam biznes mühiti ilə də əlaqələndirilə bilər. Daha dəqiq desək, struktur islahatların verəcəyi əsas faydalardan biri də Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Belə ki, yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır ki, bu dövlət və bazar tənzimlənməsinin optimal nisbətini müəyyənləşir. Nəticədə qeyd edilən amillər özəl sektorun güc mənbəyinə çevrilir, onun inkişafına öz töhfələrini verir.
Nurlan