ABŞ prezidentliyinə namizəd Qarabağın “müstəqilliyini” tanımadı – “Soyqırım”ı isə...

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamış senator Kamala Harris qondarma erməni soyqırımı ilə bağlı Konqresə müraciət edib.

O, məlum müraciətində Konqresi qondarma soyqırımı tanımağa çağırıb.

Harris bildirib ki, ABŞ dövləti "soyqırım"dan xilas olan amerikalı ermənilərə sığorta pulu ödəməli və "soyqırım"ın zərərlərini hesablamalıdır.

Lakin senator ABŞ-da fəaliyyət göstərən erməni diaspora təşkilatı Amerika Erməniləri Milli Assambleyasının (ANCA) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sorğusunu cavabsız qoyub.

Kamala Harris təşkilat rəhbərliyinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanıyıb-tanımadığı barədə ünvanladığı suala cavab verməyib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31