Radikalların ümumxalq hüzn günündən siyasi divident qazanmaq cəhdi

Radikal siyasi düşərgənin milli maraqlara, tariximizdə baş verən ağrılı-acılı günlərə biganə münasibəti, həmin tarixlərdən sui-istifadə edərək öz məqsədlərinə çatmaq cəhdləri hər zaman özünü açıq şəkildə göstərib. Hətta ümumxalq hüzn günlərindən belə siyasi məqsədlər üçün istifadə etməyi qarşılarına məqsəd qoyan radikalların ötən müddət ərzində atdığı addımların fonunda bunun əyani şahidi olmuşuq. Bu dəfə də radikallar keçmiş ənənələrinə sadiq qaldılar desək yanılmarıq. Azərbaycan xalqı ümumxalq hüzn gününə hazırlaşdığı, Qanlı Yanvar hadisəsinin 29-cu ildönümü qeyd etdiyi bir ərəfədə radikal siyasi düşərgə onlara verilən təlimat əsasında paytaxtda növbəti mitinq şousu nümayiş etdirdilər. Əslində bunu radikallar bir həftə sonra, yaxud ümumxalq hüzn günündən bir həftə əvvəl də həyata keçirə bilərdilər. Ancaq müşahidə etdiyimiz kimi sözügedən siyasi düşərgə mitinqi məhz ümumxalq hüzn günü ərəfəsində rellaşdırdı. Çünki ssenari əvvəlcədən hazırlanmışdı. Elə həmin mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin “Məhsul” stadionuna toplaşmış az sayda tərəfdarını yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarətə dəvət etməsi də həmin ssenarinin tərkib hissəsi idi. Plan isə ondan ibarət idi ki, radikal siyasi düşərgənin kütləvi şəkildə Şəhidlər Xiyabanını ziyarət etməsinin qarşısı polis tərəfindən alınacaq və nəticə etibarilə insdent yaşanacaq. Ancaq hər zaman ayıq-sayıq olan hüquq-mühafizə orqanları bu dəfə də radikal siyasi düşərgənin planlarını alt-üst etdi və Əli Kərimlin, eləcə də onun yaxın ətrafının ümumzalq hüzn günündən belə siyasi divident qazanmaq cəhdinin qarşısı alındı.

Radikal siyasi düşərgənin milli maraqlara, tariximizdə baş verən ağrılı-acılı günlərə biganə münasibəti, həmin tarixlərdən sui-istifadə edərək öz məqsədlərinə çatmaq cəhdləri hər zaman özünü açıq şəkildə göstərib.  Hətta ümumxalq hüzn günlərindən belə siyasi məqsədlər üçün istifadə etməyi qarşılarına məqsəd qoyan radikalların ötən müddət ərzində atdığı addımların fonunda bunun əyani şahidi olmuşuq. Bu dəfə də radikallar keçmiş ənənələrinə sadiq qaldılar desək yanılmarıq. Azərbaycan xalqı ümumxalq hüzn gününə hazırlaşdığı, Qanlı Yanvar hadisəsinin 29-cu ildönümü qeyd etdiyi bir ərəfədə radikal siyasi düşərgə onlara verilən təlimat əsasında paytaxtda növbəti mitinq şousu nümayiş etdirdilər.  Əslində bunu radikallar bir həftə sonra, yaxud ümumxalq hüzn günündən bir həftə əvvəl də həyata keçirə bilərdilər. Ancaq müşahidə etdiyimiz kimi sözügedən siyasi düşərgə mitinqi məhz ümumxalq hüzn günü ərəfəsində rellaşdırdı. Çünki ssenari əvvəlcədən hazırlanmışdı. Elə həmin mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin "Məhsul" stadionuna toplaşmış az sayda tərəfdarını yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarətə dəvət etməsi də həmin ssenarinin tərkib hissəsi idi. Plan isə ondan ibarət idi ki, radikal siyasi düşərgənin kütləvi şəkildə Şəhidlər Xiyabanını ziyarət etməsinin qarşısı polis tərəfindən alınacaq və nəticə etibarilə insdent yaşanacaq. Ancaq hər zaman ayıq-sayıq olan hüquq-mühafizə orqanları bu dəfə də radikal siyasi düşərgənin planlarını alt-üst etdi və Əli Kərimlin, eləcə də onun yaxın ətrafının ümumzalq hüzn günündən belə siyasi divident qazanmaq cəhdinin qarşısı alındı.

Ümumiyyətlə, bu ənənə Əli Kərimlinin köhnə metodologfiyalarından sayıla bilər. Hələ keçən ilin fevral ayının 26-da da Xocalı soyqırımının ildönümü ərəfəsində Əli Kərimli eyni ssenarinin oytunçusu qismində çıxış edərək polislə qarşıdurma yaratmaq, bundan siyasi divident qazanmağa çalışırdı. Yaxud elə keçən ilin 17 noyabr tarixində Şəhidlər Xiyabanını ziyarət adı altında yürüşə cəhd də bunun əyani sübutu idi.  Və nəhayət, cari il yanvarın 20-də yenə eyni ssenari eyni metodla Kərimli və onun tərəfdarları sabitliyi pozmağa cəhd göstərdi.  Bütün bunlar bir daha göstərdi ki, Əli Kərimli və onun tərəfdarları üçün müqəddəs heç nə yoxdur.  Halbuki Şəhidlər Xiyabanı Azərbaycanın müasir tarixində xüsusi çəkiyə malik, dövlət müstəqilliyi ideyasına güclü təkan verən, istiqlal mübarizəsini simvollaşdıran müqəddəs məkandır. Əgər Əli Kərimli, eləcə də onunla eyni sıranı bölüşən radikal siyasi liderlər üçün torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimiz müqəddəs hesab edilsəydi, o zaman belə bir gündən siyasi məqsədlər üçün istifadə edilməzdi.  Onu da qeyd edək ki, belə bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericliyə ziddir, həm də mili mənəvi dəyərlərimizə, ənənlərimizə, milli mübarizə tatiximizə hörmətsizlikdir.

Əgər radikal siyasi düşərgə doğurdan da şəhidlərə hörmət bəsləyib, bu məkanı ziyarət etmək arzusunda olsaydı cəmiyyətin digər üzvləri kimi sakit, təmkinli şəkildə Şəhidlər Xiyabanına gedər və torpaqlarımız uğrunda canlarından keçən oğul və qızlarımıza ehtiram nünayiş etdirərdi. Daha bunu şouya çevirməzdi. Amma nə fayda. Radikal düşərgənin niyyəti tamam başqadır.

Bu gün Şəhidlər Xiyabanını ziyarət edərkən şou yaradan Əli Kərimli və onunla eyni düşərgəni bölüşən şəxslərdir ki, 1990-cı ilin yanvar ayında insanları küçələrə çıxarıb, təxribata sürküləyərək tankların, zirehli maşınların altına atdlar. Özləri isə o zaman qaçıb gizləndilər və qanlı yanvar günü burunları belə qanamadı. Bu gün də həmin şəxslər yenə  meydandadır və xalqı növbəti qarşıdurmaya sürükləmək istəyirlər. Ancaq sevindirici hal ondan ibarətdir ki, cəmiyyətin mütləq əksəriyyəti artıq bu düşərgəyə inanmır, onlara etibar etmir. Elə 19 yanvar mitinqinə xalqın dəstək verməməsi də bunun bariz nümunəsi idi. Çünki xalq xaos, anarxiya deyil, siyasi sabitlik, tərəqqi və inkişaf tərəfdarıdır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31