Gündəm
"Bütün rəqabət elmin və innovasiyaların üzərində cəmləşir"
Prezidentdən gənclərə vacib mesajlar
Bütün kateqoriyadan olan vətəndaşlar kimi gənclər də hər zaman dövlətin, dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub, onlara xüsusi etimad göstərilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət günümüzdə də uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ildən artıq müddət ərzində gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının, rolunun artması, onlara göstərilən yüksək etimad, gənclərin müntəzəm olaraq təltif edilməsi və s. fonunda bunu aydın görmək mümkündür.
İlham Əliyev Malayziyanın XVI Ali Başçısına təbrik məktubu göndərib
“Traviata” Xalq artisti Cənnət Səlimovanın quruluşunda
Cüzeppe Verdinin “Traviata” üçpərdəli operası növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında izlənilib. Olaylar.az bildirir ki, üç saat nümayiş olunacaq səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda təqdim olunub.
Geomaqnit sahənin sakit rejimdə qalacağı gözlənilir
Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 4-dən 6-dək kosmik hava durumunu açıqlayıb. Olaylar.az bildirir ki, geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub. Günəş fəallığı növbəti üç gün ərzində (fevralın 4-dən 6-dək) çox aşağı səviyyədə olacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə yüksək səviyyədə qalacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Vəfat etmiş məcburi köçkünün adına ödənişlər edilib
Hesablama Palatası tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həyata keçirilmiş nəzarət tədbirləri zamanı müəyyən edilib ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməyib, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat etmiş, hərbi xidmətə çağırılmış, uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan çıxarılmayıb. “Olaylar” Palataya istinadən xəbər verir ki, seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməyib, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.
Azərbaycan filmi beynəlxalq festivalda mükafatlara layiq görüldü
Azərbaycan istehsalı olan “Çölçü” filmi “L’Age d’Or International Arthouse” Film Festivalının bu ilin yanvar ayı üçün “Ən yaxşı bədii film” (“Çölçü”), “Ən yaxşı rejissor” (Şamil Əliyev), “Ən yaxşı aktrisa” (Salome Demuria), “Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.
“Leyli və Məcnun” poeması nəfis şəkildə çap edildi
“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib. Olaylar.az bildirir ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Musiqili Teatrda beş tamaşa izləniləcək
Azərbaycan Dövlət Musiqili Teatrı həftə ərzində baxımlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirəcək. Olaylar.az bildirir ki, bu həftə sənət ocağının yaradıcı kollektivi beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın səhnəsində fevralın 8-də “Qızıl toy”, 9-da isə “Dəcəl çəpişlər” və “Mən dəyərəm min cavana” tamaşaları nümayiş olunacaq.
Balaca tamaşaçılar üçün “Kəloğlan” və “Don Kixot Abşeronski” hazırlanır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq planı zəngindir. Olaylar.az bildirir ki, həmin plana müvafiq olaraq il ərzində dörd tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək. Fevralın 15 –də tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan ”Maşa və Ayı” tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları Maşa və Ayının sərgüzəştləri əsasındadır. Eyniadlı məşhur cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşaya tam fərqli quruluş verilib. Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edirlər.
Bərdədə küçəyə atılan uşaqların valideynləri polisdə dindirilir
Sabah hava necə olacaq?
"Arxamızda güclü Azərbaycan dayanıb"
"Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş tədbirdə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür deməsinin əsasında gənclərimizin vətənpərvər, bilik, savad və milli təfəkkürlü olması dayanır”. Bunu millət vəkili Azər Badamov deyib.
.jpg)


.jpg)








081218_2.jpg)
.jpg)
