Prezidentdən gənclərə vacib mesajlar
Bütün kateqoriyadan olan vətəndaşlar kimi gənclər də hər zaman dövlətin, dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub, onlara xüsusi etimad göstərilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət günümüzdə də uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ildən artıq müddət ərzində gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının, rolunun artması, onlara göstərilən yüksək etimad, gənclərin müntəzəm olaraq təltif edilməsi və s. fonunda bunu aydın görmək mümkündür.
4 Fevral 2019 14:44 SiyasətBütün kateqoriyadan olan vətəndaşlar kimi gənclər də hər zaman dövlətin, dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub, onlara xüsusi etimad göstərilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət günümüzdə də uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ildən artıq müddət ərzində gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının, rolunun artması, onlara göstərilən yüksək etimad, gənclərin müntəzəm olaraq təltif edilməsi və s. fonunda bunu aydın görmək mümkündür.
Azərbaycan gənclərinin dövlət və dövlət başçısı tərəfindən diqqət və qayğı ilə əhatələndiyinin bu günlərdə Cənab Prezidentin gənclərlə bir araya gəlməsi ilə bir daha şahidi olduq. 2 Fevral Gənclər Günü ilə bağlı Bakı Konqres Mərkəzində keçirilən respublika toplantısında iştirak edən dövlət başçısı çıxışı zamanı gənclərə öz tapşırıq və tövsiyələrini verdi, onlar üçün növbəti hədəflər müəyyənləşdirdi. Dövlət başçısı bildirib ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var: "Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir".
Prezident İlham Əliyev də qeyd etdiyi kimi bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Reallıq da ondan ibarətdir ki, artıq dövlətin idarəetməsində, parlamentdə, mərkəzi və yerli icra hakimiyyətində gənclərin təmsilçiliyi nəzərə çarpacaq dərəcədə artıb. Bu isə dövlət başçısının gənclərə olan etimadının yüksək göstəricisidir. Heç şübhəsiz ki, gənclərimiz də bu etimadı doğruldur və onun öhdəsindən layiqincə gəlirlər. Müxtəlif beynəlxalq tədbirlər və forumlarda gənclərimizin fəal iştirakı, ölkəmizi layiqincə təmsil etmələri, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaları bunun bariz nümunəsidir. Bütün bunlarla yanaşı gənclərimizin qarşısında yenı də bir sıra mühüm vəzifələr dayanır ki, həmin vəzifələrin öhdəsindən gəlmək hər bir Azərbaycan gəncinin borcudur. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə gənclərlə keçirilən son görüşdə bu tapşırıq və tövsiyələri aydın şəkildə gənclərin diqqətinə çatdırdı: "Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm. Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm".
Məhəmməd