Bərdədə küçəyə atılan uşaqların valideynləri polisdə dindirilir

Bərdə rayonunda küçədən tapılan iki az yaşlı uşağın valideynləri hazırda hüquq-mühafizə orqanlarında dindirilir.

Bu barədə azvision.az-a Bərdə şəhər inzibati ərazi vahidi üzrə icra nümayəndəsi Əli Fərzəliyev məlumat verib. O bildirib ki, ailə Bərdənin Kələntərli kənd sakinləridir.

"Mənə verilən məlumata görə, ailə normal deyil. Uşaqların anasında psixi pozuntuların olduğu deyilir. İndi valideynlər polisdə dindirilir", - deyə Ə.Fərzəliyev əlavə edib. 

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31